"Atletiko Baku" futzal komandası Gürcüstanda keçirilən "Ajara Cup 2020" beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə və Ukrayna komandaları da birincilik uğrunda mübarizə aparırlar.

Bakı təmsilçisi Ukraynanın "Ternopol" komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandamızın heyətində Musa Musazadə (qapıçı), Mahmud Şirəliyev, Gökhan Kartal, Həsən Camalzadə, Vasif İsmayılov, Eyyub Əfəndiyev, Mehdi Əzimzadə (kapitan) və Sumray Kazımov yer alıblar.

Milli.Az