Bu maska koronavirusdan qoruya bilir

Bu maska koronavirusdan qoruya bilir
08:37 28 Fevral 2020
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çində tibb işçilərini koronavirusdan müdafiə edə bilən respirator aşkarlanıb. Bu barədə "Live Science" xəbər yayıb.

Qeyd edək ki, koronavirus hava-damcı yolu ilə yayılır. Əsas təhlükə yoluxan xəstənin öskürəyi, həmçinin çirklənmiş səthlərlə təmasdan gəlir. Hazırda Çində 1700-dən artıq tibb işçisinin infeksiyaya yoluxduğu məlumdur. Onlardan altısı həyatını itirib.

Bununla əlaqədar olaraq, elm adamları virus zərrəciklərinin filtrasiyası üçün davamlı respiratorların yaradılması barədə düşünürdülər. Araşdırma zamanı məlum oldu ki, "N95" respiratorları daşıyan tibb işçiləri yoluxmayıblar. Bu maskalar diametri 0,0001 düym (0,3 mikron) olan kiçik zərrəciklərin azı 95 faizinin qarşısını alır.

Hazırda hər bir xəstəxananı təmin etmək üçün Çində bu maskaların istehsal tempi sürətlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR