Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alındı

Bakıdan Tbilisiyə qayıdan bir qrup şəxs karantinə alındı
11:12 28 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Qafqaz Universitetinin ötən gün Tbilisiyə qayıdan nümayəndə heyəti iki həftəlik karantinə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ali məktəbin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, 15 nəfərlik nümayəndə heyəti İrandan Tbilisiyə Bakı vasitəsilə qayıdıb.
Həmin şəxslər hava limanında müvafiq yoxlamadan keçirilib və infeksiyasının hər hansı bir əlaməti aşkarlanmayıb. Buna baxmayaraq, nümayəndə heyətinin beş üzvü xəstəxana, 10 üzvü isə öz evlərində karantində saxlanılacaq. Onlar 14 gün ərzində tibbi nəzarətdə olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bakidan-tbilisiye-qayidan-bir-qrup-sexs-karantine-alindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR