Azərbaycanda avtomobillə vurulan iki piyada öldü

Azərbaycanda avtomobillə vurulan iki piyada öldü
15:27 17 Yanvar 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda avtomobillə vurulma nəticəsində iki piyada ölüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 10 radələrində Şəki rayonunun B.Vahabzadə küçəsində şəhər sakini Taleh Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yanvarın 16-da saat 16 radələrində Bərdə şəhərinin Koroğlu küçəsində rayon sakini Pərvin Şərifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Həsənovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR