Məhkəmə Səbinə Xasayevanın lider olduğu

Bu gün Ali Məhkəmədə REAL-ın icra katibi Natiq Cəfərlinin 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərardan şikayətinə baxılıb.

Metbuat.az BakuPost-a istinadən xəbər verir ki, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olub. Həmin dairədən lider namizəd kimi YAP-ın 27 yaşlı namizədi Səbinə Xasayeva qalib gəlib. Natiq Cəfərli seçkilərin nəticələrinin ləğvi ilə bağlı MSK-ya müraciət edib. MSK onun şikayətini qismən təmin edib və 11 məntəqənin nəticələri ləğv edilib.

Natiq Cəfərli həmin qərardan narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib, məhkəmə onun şikayətini təmin etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR