Bakıda avtomobil 48 yaşlı qadını vurdu

Bakıda avtomobil 48 yaşlı qadını vurdu
22:27 1 Mart 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində minik avtomobili yolu keçən 1972-ci il təvəllüdlü Ələkbərova Aidə Kazım qızını vurub. Nəticədə A.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-48-yasli-qadini-vurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR