x
Loading...

Super Liqa klubunda yeni baş məşqçi

Super Liqa klubunda yeni baş məşqçi
22:47 1 Mart 2020
152 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, Super Liqa təmsilçisi Ünal Karamanla razılığa gəlib.

Bu barədə Super Liqa klubunun prezidenti Hasan Kartal məlumat verib. O, yerli mətbuata açıqlamasında Karamanla İstanbulda görüşdüklərini, prinsipial razılığa gəldiklərini, qısa zamanda Rizədə rəsmi müqaviləyə imza atacaqlarını bildirib.
 
Qeyd edək ki, son iki ildə "Trabzonspor"u çalışdıran Ünal Karaman bu ilin yanvar ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi. O, "Rizəspor"da İsmail Kartalı əvəz edəcək.
 
"Rizəspor" Super Liqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/830259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR