Raiffeisen Bank xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarında düzgün fəaliyyətini təmin edəcək

Raiffeisen Bank xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarında düzgün fəaliyyətini təmin edəcək
08:12 2 Mart 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qiymətli kağızlar bazarında xarici investorların düzgün fəaliyyəti üçün zəruri olan qanun dəyişiklikləri hazırda Avstriyanın "Raiffeisen Bank" (RBI) bankının Moskva filialı ilə müzakirə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bankdan bildiriblər.

Bankda qeyd ediblər ki, RBI uzun müddətdir ki, Azərbaycanın maliyyə bazarı üçün Avropada əsas müxbir bank rolunda çıxış edir:

"Biz Azərbaycan institutlarını Avropa və dünya iqtisadiyyatı ilə birləşdirən körpü rolunu oynayırıq. Hazırda ölkənin əksər maliyyə qurumları, o cümlədən bank olmayan təşkilatlarla sıx işləyirik. Azərbaycandakı tərəfdaşlarımızı yerli bazarın tələblərinə cavab verən ən yaxşı maliyyə və bank həlləri ilə təmin etmək üçün əlimizdən gələni edirik".

RBI-dən bildirilib ki, bankın Azərbaycanda fəaliyyət dairəsi olduqca genişdir:

"Xüsusilə, ticarətin maliyyələşdirilməsində, eyni zamanda sindikatlaşdırılmış kreditlərin verilməsində, valyuta bazarında və s. məsələlərdə çox fəal iştirak edirik. Bundan əlavə, əməkdaşlıq dairəsi yalnız baş ofisimizlə məhdudlaşmır, həm də köməkçi banklarımıza da aiddir. Məsələn, RBI-nin Moskvadakı yerli filialı da bazarda aktivdir. Bu yaxınlarda Raiffeisen Bank xarici investorların yerli qiymətli kağızlar bazarına çıxışını təmin etmək üçün Azərbaycan Milli Depozit Mərkəzində hesab açmaq üçün hazırlıq prosesini başa çatdırıb".

Qeyd edək ki, RBI Avstriyanın ikinci ən böyük bankıdır.

Raiffeisen Bank International AG Avstriyanın qabaqcıl korporativ və investisiya bankıdır və Mərkəzi və Şərqi Avropada aktivdir. Bölgədəki 13 ölkənin bazarlarına Raiffeisen Bankın törəmə strukturları bölgədəki 13 ölkənin bazarlarına xidmət göstərir. Bundan əlavə, bank digər maliyyə xidmətləri, məsələn, lizinq, aktivlərin idarə edilməsi, birləşmə və satınalma sahəsində xidmətlər göstərir. RBI-nin Asiya və Qərbi Avropada nümayəndəlikləri və xidmət şöbələri var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/830266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR