SON DƏQİQƏ: Türkiyədə avtobusa raket atdılar, yaralılar var -

Türkiyənin Ağrı vilayətində Gurbulaq Gömrük məntəqəsinə məxsus avtobusa raket hücumu olub.

Metbuat.az xəbər verir ki, hadisə Gurbulaq-İran sərhəd keçid məntəqəsindən 3 kilometr aralıqda, məntəqəyə məxsus parkın yaxınlığında dayanan avtobusda baş verib.

Hazırda hadisə nəticəsində çoxlu sayda yaralı var. Ərazidə xilasetmə, axtarış işləri aparılır.Təhlükəsizlik səbəbindən ərazidə yol bağlanılıb.

Hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”, - S.Soylu bildirib.

Mənbə: SonHaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR