Almaniya və Niderland milli komandalarının nümayəndələri Bakıya gəlib

Almaniya və Niderland milli komandalarının nümayəndələri Bakıya gəlib
11:27 2 Mart 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıda səfərdədir.
"Report"un məlumatına görə, Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər. 
Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, AVRO-2020 barədə fikir mübadiləsi aparıblar.
Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.
Xatırladaq ki, AVRO-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniya-ve-niderland-milli-komandalarinin-numayendeleri-bakiya-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR