"Messi son vaxtlar keçmiş futbolçu kimi görünür"

Argentina millisinin sabiq qapıçısı Huqo Qatti son "El Klasiko"dan sonra “Barselona”nı və həmyerlisi Lionel Messini tənqid edib.

Metbuat.az xəbər verir ki, o, Messinin vacib matçlarda yaxşı çıxış edə bilmədiyini deyib: “Real” layiqli qələbə qazandı. “Barselona” rəqibindən fərqli olaraq zəif çıxış etdi. Min il futbol oynamışam. Messi dünyanın ən yaxşısıdır. Ancaq böyük matçlarda yaxşı oynamır. Argentinalı olduğuma görə bunu demək məni ağrıdır. Messi son vaxtlar keçmiş futbolçu kimi görünür. Reallıq budur".

Qeyd edək ki, “Real” - “Barselona” görüşü Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR