Neymarın müqaviləsindəki xüsusi bənd - 180 milyon avro...

PSJ-nin futbolçusu Neymar bu yaydan klubla müqaviləsini birtərəfli pozmaq imkanına malik olacaq.

Metbuat.az sport.es-ə istinadən xəbər verir ki, bununla bağlı xüsusi bənd 28 yaşlı hücumçunun müqaviləsində yer alıb.

Ancaq Neymar 2020-ci ilin yayından etibarən klubu ilə müqaviləni ləğv etmək istəyəcəyi təqdirdə, PSJ-yə 180 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan Paris təmsilçisinə transfer olunub. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR