Avstraliyada balıq yağışı yağıb

Avstraliyada balıq yağışı yağıb
07:22 6 Mart 2020
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Yova şəhərinin sakinləri leysan yağışdan sonra əmələ gəlmiş gölməçələrdə balıqların üzdüyünü aşkar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sakinlərin bildirdiyinə görə həmin balıqların uzunluğu 7 santimetrə çatır. Bu balıqlardan çoxunun sağ olduğu da bildirilir.

Qeyri-adi yağışın "Ester" tropik siklonu ilə əlaqədar olduğu qeyd edilir. Həmin siklonun fevralın sonlarında Sakit okeanın cənubunda əmələ gəldiyi və Avstraliyanın şimal hissəsindən keçərək onun qərbinə çatdığı bildirilir. Hazırda geri qayıdan siklon bəzi yerlərdə daşqınlara da səbəb olub.

Mütəxəssislərin bildirdiyinə görə, balıq yağışı Avstraliya üçün heç də qeyri-adi hal deyil. Belə yağışlar azı ildə bir dəfə güclü qasırğa zamanı müşahidə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR