Müdafiə Nazirliyindən cəbhədə itki xəbərlərinə dair AÇIQLAMA

Müdafiə Nazirliyindən cəbhədə itki xəbərlərinə dair AÇIQLAMA
16:12 17 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin (SQ) cəbhədə təxribat törətməsi cəhdi və itki verərək geri çəkilməsi barədə yaydığı məlumatlar uydurmadır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır:
"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR