"Əl çəkin kişilərdən! Onları dünyaya gətirən, tərbiyə verən qadınlardır"

"Əl çəkin kişilərdən! Onları dünyaya gətirən, tərbiyə verən qadınlardır"
11:17 6 Mart 2020
164 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə qadınlarla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, kişilər arasında aparılan "Qadın dediyin necə olmalıdır" sorğusuna münasibət bildirib.

"Nə vaxta qədər ki, xanımların gözəl həyat haqqındakı bütün düşüncələri və arzuları ərə getmək olacaq, nə vaxta qədər qadın "seçmək" yox "seçilmək" istəyəcək, nə vaxta qədər xanımlar öz uşaqlarına "Ona olar, o oğlandı. Sənə olmaz, sən qızsan" deyəcək... Bax, o vaxta qədər də biz "Qadın necə olmalıdır" sualına belə "məntiqli" cavablar eşidəcəyik.

Əl çəkin kişilərdən. Bezdirdiniz... Kişiləri də dünyaya gətirən, böyüdən, tərbiyə verən qadınlardır. Özünüzdən başlayın".

Qeyd edək ki, sorğu zamanı "Qadın İnstaqrama girməməlidir", "Başıaşağı olmalıdır", "Namuslu olmalı, heç kimlə ünsiyətdə olmamalıdır", "Tərtəmiz olmalıdır", "İncə, gözəl olmalıdır", "Sədərəkdən paltar almasın" cavabları verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/831498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR