“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı

“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı
02:42 7 Mart 2020
149 Digər
Ölkə mətbuatı
A- A+

“Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.
Bu barədə “Report” “Sky News” telekanalına istinadən xəbər verir.
Bildirilir ki, üç min nəfərin işlədiyi ofislər işçilərin birində koronavirus aşkarlandığından sonra bağlanıb.
Qeyd edilir ki, koronavirusun aşkarlandığı işçi 24-26 fevralda Sinqapurda səfərdən sonra Londonda yerləşən ofislərin birində olub.
Ofislərdə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/facebook-un-londondaki-ofisleri-koronavirusa-gore-baglandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR