"Neftçi"nin qapıçısına hipoksiya DİAQNOZU QOYULDU

"Neftçi"nin qapıçısına hipoksiya DİAQNOZU QOYULDU
23:33 7 Mart 2020
171 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah” komandası ilə Azərbaycan Premyer Liqasının XX tur matçının ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Publika.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, stres nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyi üçün əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə əsasən, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Sabah"la oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 4:0.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/307158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR