VI çağırış Milli Məclisin deputatlarına deputat vəsiqələrinin veriləcəyi tarix məlum olub.

Metbuat.az xəbər verir ki, parlamentin martın 13-də keçiriləcək plenar iclasında VI çağırış Milli Məclisin deputatlarına deputat vəsiqələri təqdim olunacaq.

Deputat vəsiqələrini parlament üzvlərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.