Ovçular nəsli kəsilməkdə olan iki ağ rəngli zürafəni öldürüblər.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, Keniyada ağ rəngli zürafə və onun balası öldürülüb. Ağ rəngli zürafədən dünyada cəmi bir ədəd qalıb.
Onların ağ rəngdə olması dəri hüceyrələrinin piqmentasiya olmaması ilə əlaqədardır və lösizm adlanır.
Qeyd edək ki, zürafələri öldürən ovçuların kimliyi hələlik müəyyənləşdirilməyib.
Emin
Milli.Az