Latın Amerikasında daha bir ölkədə virus aşkarlandı

Ada dövləti Kubada ilk dəfə yeni növ koronavirus "Covid-19"a yoluxma halı aşkarlanıb.

Metbuat.az xəbər verir ki, yerli mediada çıxan xəbərlərə görə, ölkənin Səhiyyə Nazirliyi paytaxt Havanaya martın 9-da turist olaraq gələn 3 İtaliya vətəndaşında koronavirus testləri pozitiv çıxıb.

Virus aşkarlanan şəxslərlə təmasda olan insanların müəyyən edilərək karantinə alındığı deyilən xəbərdə xəstələrinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Qeyd edək ki, ümumilikdə Latın Amerikası ölkələrindən Argentinada 21, Çilidə 23, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada 8 yoluxma halı təsbit edilib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR