Qana susamışlar Şərqi hədəfə alıb: ermənilər yenə alətə döndərilir

Qana susamışlar Şərqi hədəfə alıb: ermənilər yenə alətə döndərilir
11:42 12 Mart 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Parislilərin ən sevimli deyimlərindən biri belədir: "L'appétit vient en mangeant". Yəni "İştah diş altındadır". Fransadakı erməni icmasının iştahı dişin yox, şüurun altında olduğundan virus təki çoxalır və böyüyür.

Eramızdan əvvəl 3-cü əsrdə, keltlərin pariziya tayfasının yaşadığı indiki Parisdə qaniçənlərdən çox qorxurdular.

Pariziyalıların "wapierz" adlandırdıqları mifik qaniçənlər sonradan Avropa dillərinə "vampire" kimi düşdü. Eramızdan əvvəlsə pariziyalılar deyərdilər: "Onlar yalançı, xain, qaniçən, qəddar və murdar məxluqlardır"

19-cu əsrin sonlarında britaniyalı jurnalist Qudvin Dadli yazırdı: "Erməni icmasından ehtiyatlanıram. Onlar ayrı-ayrılıqda normal insanlardır. Amma bir araya gələndə çox pis və təhlükəli olurlar".

Dadlinin fikrincə, Avropa ölkələrindəki erməni icmaları "xristian qardaşlığı", "xristian həmrəyliyi" idefikslərindən şüar kimi yararlanaraq işlərini gizlətməyə çalışırlar.

Həmin praktika indi də davam edir.

Xüsusilə də Fransada, Avropa ölkələri arasında erməni icmasının ən çoxsaylı, güclü və aktiv olduğu bir ölkədə.

Fransadakı ermənilər "fransızlarla ermənilər xristian qardaşlardır" deyərək məramlarına çatmaq üçün effektiv vasitədən istifadə etdiklərini düşünürlər.

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğalı başlayanda dünya erməniliyi baş verənləri "xristianlarla müsəlmanlar arasında qarşıdurma", "dini zəmində toqquşma" kimi qələmə verdilər.

Həmin taktika gündəmdə idi və Fransa mediasında, sosial şəbəkələrdə çox fəal olan erməni diasporu Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman qarşıdurması, habelə "sivil Qərblə sivil olmayan Şərq arasında sivilizasiyalar müharibəsi" kimi təqdim edir.

Lakin indi ermənilər pərişan olublar, çünki Azərbaycan informasiya savaşında düşməni çoxdan üstələyib, işğalçının məramlarını və niyyətini avropalılara dürüst çatdırıb. Bu səbəbdən Ermənistanla bahəm, Avropa ölkələrindəki erməni diaspor təşkilatları əvvəlki taktikalarından əl çəkiblər.

İndi onlar yeni strategiya tətbiq edirlər və həmin planların təbliğatçıları arasında əfsuslar olsun ki, Fransa prezidenti Emmanuel Makron da yer alır.

Fransa prezidentinin çıxışından dərhal sonra, martın 2-də Ermənistanın dövlət xəbər agentliyinin (Armenpress) rəhbəri ilə Livanın dövlət xəbər agentliyinin direktoru arasında görüş keçirilib. Görüşdə iki tərəfli əməkdaşlıq anlaşmasının imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb. Məqsəd Ermənistan dövlətinin ərəb dünyası ilə geniş əlaqələr yaradaraq, milli maraqlarını qorumaqdır. KİV-lərin, mövzuya dair çalışmalarında Fransa-Azərbaycan əlaqələrinə zərər gəlməməsinə diqqət etməsi tövsiyyə edilir. Əsas fikir, erməni dövlətinin və diasporunun bu məsələdə mümkün aktivliyi üzərində fokuslanma olmalıdır.

Tarixi xatırlasaq, Fransa Yaxın Şərqdə və Şimali Afrikada daim işğalçı, müstəmləkəçi, ilhaqçı, yəni ekspansionist siyasət yürüdüb. İşğalların istisnasız olaraq hamısında da Fransanın siyasi və mədəni elitası ilə bahəm, hakimiyyət isteblişmenti daim hansısa uydurma "humanist mükəlləfiyyət"dən, "Avropanın insanpərvər borcları"ndan bəhs edib, "zülmət içində olaraq geridə qalan Şərqə tərəqqi işığı apardığını" deyib.

Nadir hallarda yumşaq ilhaq formatında olan, əksəriyyəti isə zorbalıqla və vəhşiliklə müşayiət olunan siyasəti Fransa "mədəniyyətin təbliği və inkişafın təşviqi" qismində qələmə verib.

İtirdiyi müstəmləkələri unuda bilməyən və ilhaqçılığın fantom ağrılarında qovrulan Fransa tarixində bəlkə də ən sarsaq qərar verərək işğalçı, xəyanətkar və aqressiv, habelə daim uydurma keçmişi ilə yaşayan Ermənistana stavka etməyə başlayıb.

2020-ci ilin yanvar ayının 29-da Fransa prezidenti Emanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin (Conseil de Coordination des organisations Arméniennes de France - CCAF) ənənəvi ziyafətinə qatılıb. Görüşdə erməni nümayəndələr qarşısında nitq söyləyən Fransa prezidenti, ötən dövrdə Şərq Xristianlarının irsinin qorunması və bərpa edilməsi istiqamətində aparılan işlərin önəmi haqda məlumat verib. Emmanuel Makron çıxışı zamanı erməni icmalarına müraciət edərək, Şərq Xristianlığını dəstəkləmələrini və yaradılacaq yeni fonda maliyyə dəstəyi göstərmələrini xahiş edib. Fondun məqsədi, Orta Şərq xristian məktəblərində fransız dilinin tədrisinin aparılması və xristian məktəbləri arasında təhsil şəbəkəsinin dəstəklənməsini təmin etməkdir.

Fransanın Milli İrs İnstitutunun (Institut national du patrimoine) direktoru Charles Personazz-ın "Yaxın Şərqdəki xristian və fransızdilli məktəblər haqqında" hesabatı, Fransa prezidentinin diqqətinin mövzuya yönəlməsinə səbəb olub. Hesabatda, Suriya, İordaniya, Fələstin, Misir, Livan və Türkiyə kimi dövlətlərdə xristian mədəni irsinin qorunması ilə bağlı fəaliyyət aparılması tövsiyyə edilir. Ancaq layihənin digər bir məqsədi, Orta Şərq regionunda Fransa dövlətinin mədəni təsir dairəsini daha da genişləndirməkdir. Erməni diasporunun ləyihə çərçivəsində Fransa dövlətinin Orta Şərq regionunda yumşaq gücünün (soft-power) formalaşdırılmasında "istifadə edilməsi" diqqət çəkir.

Tarix boyunca bir sıra güc mərkəzlərinin siyasi oyunlarına alət olan erməni siyasəti, 21-ci əsrdə eyni prosesi davam etdirir. Keçən əsrin əvvəllərində Osmanlı Türkiyəsinə edilən xəyanət yəqin ki, müsəlman xalqlarının yaddaşından silinməyib. Fransa rəhbərliyinin bu məsələdə məhz erməni diasporuna müraciət etməsi, tarixən formalaşan erməni xarakterinin buna uyğun olması ilə bağlıdır. Adı çəkilən regionda erməni diasporunun aktiv fəaliyyəti həmçinin, qondarma erməni soyqırımının tanınması planlarının sürətlənməsinə yardımçı ola bilər.

Lakin, erməni siyasəti yeni dilemma qarşısındadır: yüz illər boyu regionun ərəb xalqları ilə davam edən isti münasibətləri qoruyub saxlamaq yoxsa qlobal güclərin planlarını yerinə yetirmək?

Ermənilər üçün vəziyyət gerçəkdən də, qəlizdir. Onlar Azərbaycanı "aqressiv dövlət", Türkiyəni isə "erməniləri daim təhdid edən pantürkist ideologiyalı ölkə" kimi qələmə verməyə çalışsalar da, hər hansı uğur əldə edə bilmirlər.

İndisə Emmanuel Makron, yəni Fransa hakimiyyəti onlardan Yaxın Şərqdə alət kimi istifadə etmək niyyətindədir. Belə niyyətlər həmişə ermənilər üçün bəlalara, fəlakətlərə və bədbəxtliklərə səbəb olub.

Birinci Dünya Müharibəsində Qərbi Avropa ilə Rusiyanın vədlərinə aldanan ermənilər Türkiyədə kütləvi qırğınlar törətmişdilər.

Suriyada 2011-ci ildə vətəndaş savaşı başlayan kimi ermənilər yenə alətə çevrildilər və bu dəfə də aldandılar, "hamilər"i onları qorumadı, divan tutduqları müsəlman kəndlərindəki dinc əhalinin qisası çox ağır alındı.

Fransa Yaxın Şərq ölkələriində fransız dilinin tədrisi və təbliği vasitəsilə frankofonluğun təşviqinə can atır, missionerlik edir.

Bu yeni ekspansiyanı ermənilərə "Türkiyənin geosiyasi planlarına mane olacaq taktika" kimi təqdim edən Fransa prezidenti Emmanuel Makron erməni diasporunun pullarından və təşkilati resurslarından yararlanmaq niyyətindədir.

Yəni Yaxın Şərqdə Fransanın mövqelərinin möhkəmlənməsinə yönəlmiş yeni kampaniyaya ermənilər maliyyə "dəstəyi" verməlidirlər.

Ermənilərdən yenə istifadə edirlər.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/833039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR