DİN atanın oğlu tərəfindən öldürülməsi ilə bağlı məlumat yaydı

DİN atanın oğlu tərəfindən öldürülməsi ilə bağlı məlumat yaydı
12:17 12 Mart 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.
Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-atanin-oglu-terefinden-oldurulmesi-ile-bagli-melumat-yaydi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR