Bakı, 23 may, AZƏRTAC
Kolumbiyanın Antiokiya departamentində baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, onlardan yalnız 61-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Tapılan 54 cəsəd dəfn edilmək üçün artıq qohumlarına verilib.
Xatırladaq ki, faciə mayın 18-də baş verib. Sürüşməyə aramsız leysan yağışlarının ərazidəki çayı məcrasından çıxarması səbəb olub.
Xilasetmə xidmətləri hadisə yerində təbii fəlakət qurbanlarının axtarılması əməliyyatlarını davam etdirir. Ölkə hakimiyyəti sel və sürüşmə nəticəsində demək olar ki, tamamilə dağılmış Salqar şəhərini yenidən tikməyi vəd edib.