İranın mədəniyyət naziri Abbas Salihi koronavirus təhlükəsi səbəbilə Novruz bayramı günlərində sakinləri səyahətə çıxmamağa, bayramı evlərində qeyd etməyə çağırıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, iranlı nazir belə bir çağırışı özünün "Twitter" səhifəsində paylaşıb.

A.Salihi yazıb: "Xalq Novruz bayramında səyahətə çıxarsa, milli fəlakət olar. Evdə qalaq".

Xatırladaq ki, İranda sürətlə yayılan koronavirus səbəbindən məktəblər və universitetlər bağlanıb, tədbirlər təxirə salınıb.

Son məlumata görə, İranda koronavirusa yoluxanların sayı 10 min nəfəri, ölənlərin sayı isə 400 nəfəri keçib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 110-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az