Afrikada daha bir ölkədə ilk ölüm gerçəkləşdi

Qərbi Afrika ölkəsi Mavritaniyada ilk koronavirusa yoluxma halı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən edilən açıqlamada martın 9-da paytaxt Novakşota gələn və karantinə salınan bir Avropa ölkəsi vətəndaşında koronavirus aşkarlandığı bildirilib.

Mavritaniyanın qonşuları Tunis, Mərakeş və Liviya da dünən bütün ölkədə məktəblərin bağlandığını açıqlamışdı.

Qeyd edək ki, artıq Afrika qitəsində Mavritaniya ilə birlikdə Sudan, Qana, Efiopiya, Keniya, Qabon, Kotdivuar, Konqo, Burkino-Faso, Misir, Əl-Cəzayir, Nigeriya, Seneqal, Kamerun, Tunis və CAR-da koronavirusa yoluxma halı qeydə alınıb.

Qitədəki 189 yoluxmanın 4-ü ölümlə nəticələnib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR