Bakı, 24 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı ilə əlaqədar “TuranBank” mayın 25-dən 27-dək bankın istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə endirimlərdən yararlanmaq olar. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı “TuranBank”ın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.