KİV: Messinin "Barselona”da qalması üçün yeganə şərt məlum olub

KİV: Messinin "Barselona”da qalması üçün yeganə şərt məlum olub
08:27 18 Mart 2020
112 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona” futbol komandasının hücumçusu Lionel Messi klubda yalnız braziliyalı hücumçu, hazırda PSJ-də çıxış edən Neymarın qayıdışı şərti ilə qalmağa hazırdır.
“Report” xəbər verir ki, bu barədə “El Confidencial” bildirib.
Qeyd edilir ki, argentinalı klubda özünü pis hiss edir. Komandanın nəticələri, həmçinin dostluq münasibətlərinin olduğu Ernesto Valverdenin istefası onu razı salmır. Messini klubda qalmağa razı salacaq yeganə məsələ 2013-cü ildən 2017-ci ilə qədər birlikdə oynadığı Neymaranın komandaya qayıdışı ola bilər.
"Barselona"nın yetirməsi olan Messi 2001-ci ildən Katalon klubunda çıxış edir. Onun klubla müqaviləsi 2021-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Neymar PSJ-yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro müqabilində keçib. Braziliyalı ötən ilin yayında geri qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtləri haqqında razılığa gələ bilməyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-messi-barselona-da-yalniz-neymara-qayidisi-halinda-qalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR