Tailandda koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi

Tailandda koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi
10:42 18 Mart 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Tailandda son sutka ərzində 35 yeni koronavirusa yoluxma halı qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı krallığın Səhiyyə Nazirliyi yayıb.
Yoluxanların əksəriyyəti - 13 nəfər tay boksu üzrə görüşün keçirildiyi stadionda iştirak edənlərdir.
Daha əvvəl taylandlı aktyor Metyu Din Çanthavani “Instagram”da koronavirus testinin müsbət nəticələndiyini bildirmişdi. KİV-də yayılan məlumata görə, o, ray boksu üzrə görüşün aparıcısı olub.
Beləliklə, Tailandda yeni növ koronavirusa yoluxanların ümumi sayı 212 nəfərə çatıb, 42 nəfər sağalıb, 1 nəfər ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tailandda-koronavirusa-yoluxanlarin-sayi-200-neferi-kecdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR