Mahsun Kırmızıgül Mübariz Mənsimovdan yazdı - 20 illik dostum...

Mahsun Kırmızıgül Mübariz Mənsimovdan yazdı - 20 illik dostum...
11:03 18 Mart 2020
251 Şou
Ölkə mətbuatı
A- A+

“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb. 20 illik dostum olan Mübariz Mənsimovun bir an azadlığa qovuşmağını diləyirəm”.

Publika.az xəbər verir ki, bu sözləri məşhur müğənni, rejissor və aktyor Mahsun Kırmızıgül sosial media hesabında yazıb. Mübariz Mənsimovun həbsinə etiraz səsini qaldıran məşhur sonuna qədər onun yanında olduğunu bildirib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Məlumata görə, İstanbul maliyyə cinayətləri ilə mübarizə idarəsi iş adamının ofislərində axtarışlar aparır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/308134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR