"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Maks Eberl deyib.
Onun sözlərinə görə, futbolçular koronavirus pandemiyası səbəbindən kluba dəyən maddi zərəri azaltmaq məqsədilə bu addımı atıblar: "Bu oğlanlarla fəxr edirəm. Hamımız həm yaxşı, həm də pis vaxtlarda kluba dəstək oluruq. Oyunçular nələrisə "Borussiya"ya qaytarmaq istəyirlər".
Ehtimal olunur ki, futbolçuların bu qərarı kluba bir ay ərzində 1 milyon avro qanəet etmək imkanı verəcək.
Qeyd edək ki, "Borussiya" Almaniyada bu addımı atan hələlik ilk peşəkar klubdur.