Samuxda polis şəhid ailələrinə bayram sovqatı paylayıb -

Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz bayramı münasibətilə onları təbrik ediblər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR