Gəncə sakini on kiloqramdan artıq marixuananı satarkən “iş başında” yaxalanıb

Gəncə sakini on kiloqramdan artıq marixuananı satarkən “iş başında” yaxalanıb
18:03 17 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Novruzov 10 kiloqram 545 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyranbatan qəsəbə sakini Hafiz Əmiraslanovdan 3,445 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 1 kilolqram 50 qram marixuana və 0,126 qram heroin də aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR