Bu depuatatlar maaşlarını koronavirusla mübarizə fonduna bağışladılar - SİYAHI

Bu gün Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin onlayn iclası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Onun sözlərinə görə, deputatlar maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırmaq qərarına gəliblər.

"Bu gün sosial məsuliyyət strategiyasına uyğun olaraq, bütün heyətlə onlayn toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq. Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin tərkibinə aşağıdakı deputatlar daxildir:

Sadiq Haqverdi oğlu Qurbanov - Sədr

Asim Nazim oğlu Mollazadə - Sədr müavini

Həmzəyev Naqif Ələşrəf oğlu

Həsənova Afət Əbil qızı

Məmmədov Anar İlyaz oğlu

Məhəməliyev Nəsib Məhəmməd oğlu

Məmmədov Məşhur Şahbaz oğlu

Salahzadə Əliabbas Qalib oğlu

Yıldırım Fatma Vidadi qızı

Yusifov İltizam Balayusif oğlu

Zabelin Mixail Yuryeviç


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR