İlham Əliyev böyük vətəndaşlıq nümunəsi göstərdi - Mİllət vəkili

İlham Əliyev böyük vətəndaşlıq nümunəsi göstərdi - Mİllət vəkili
12:53 22 Mart 2020
128 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi böyük vətəndaşlıq nümunəsidir.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, pandemiyaya qarşı mübarizə yalnız ona qarşı ümummili cəbhə yartmaqla səmərəli ola bilər: "Çünki total viral hücumun hədəfi bütövlükdə cəmiyyətin hər bir üzvüdür. Ona görə də cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir. Bu mənada Azərbaycanda koronovirus təhlükəsinə qarşı həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir. Bu isə əlbəttə yaxşı nəticələr verir. Hazırki vəziyyətdə qısa bir müqayisəli təhlil aparsaq doğurdan da ölkəmizdə virus təhdidlərinə qarşı vəziyyətin digər ölkələrə nisbətdə xeyli dərəcədə yaxşı olduğunu görə bilərik. Azərbaycan təhlükə yaranar-yaranmaz heç vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı. Prezidentin göstərişi ilə nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mübarizə tədbirləri üçün ilk olaraq on milyon manat ayrıldı. Daha sonra ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və həmin fonda iyirmi milyon manat ayrıldı. Bütün bunlarla yanaşı bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlər həyata keçirildi, tibbi texniki avadablıqlarla təhcizat məsələləri ən yüksək səviyyədə həll edildi. Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr etməsi üçün şərait yaradıldı.

Prezident İlham Əliyev özünün bir illik əmək haqqını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdi. Bu addım təkcə Fonda yardım deyil həm də imkanlı təşkilat və müəssisələrə eyni zamanda ayrı-ayrı vətəndaşlara koronovirus təhlükəsinə qarşı həm də maddi müstəvidə səfərbər olmaq niyyətinin dəsətklənməsi çağırışı idi. Əlbəttə daima ümimmili mənafelər ətrafında səsfərbər olmağı bacaran xalqımız, onun ayrı-ayrı fərdləri bu təşəbbüsü yüksək qiymətləndiriərək öz imkanları çərçivəsində Fonda ianələr ayırmağa başladıar. Fonda yığılan vəsait koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək ki, bu da nəticə etibarilə pandeimiyaya qarşı mübarizədə bizi daha güclü etməklə bu qlobal təhdidən minimum itkilərlə çıxmağımıza yardım edəcək”.

Tağı Həsənov

​​​​​


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/308482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR