Sofiya, 25 may, AZƏRTAC
Qara dənizin sualtı mədəni irsinin xəritəsi tərtib olunacaq. Dənizin dibinin öyrənilməsi layihəsini Bolqarıstanın Sualtı Arxeologiya Mərkəzi və Böyük Britaniyanın Sautqempton Universiteti həyata keçirəcək. Layihə UNESCO-nun Bolqarıstan ilə imzaladığı Sualtı mədəni irsin qorunması haqqında beynəlxalq konvensiyaya uyğun olaraq üç il müddətinə reallaşdırılacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya