AFFA liqaların bərpa vaxtını uzatdı

AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatların təxirə salınması müddəti növbəti dəfə uzadılıb.

Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları aprelin 20-dək təxirə salınıb.

Qeyd edək ki, AFFA daha əvvəl oyunların martın 27-dək təxirə salındığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR