"Azərişıq" 3 gündə 850 müraciətə baxdı

"Azərişıq" 3 gündə 850 müraciətə baxdı
20:05 23 Mart 2020
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Martın 20-22-i tarixlərində - Novruz bayramı günlərində "Azərişıq" ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb".

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb:

"Azərişıq" rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, "Azərişıq" ASC-nin "Facebook", "Instagram" sosial şəbəkələri yaxud "Whatsapp" (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR