"Vətəndaşlar Prezidentin ətrafında sıx birləşməlidir" - Deputat

"Vətəndaşlar Prezidentin ətrafında sıx birləşməlidir" - Deputat
17:33 25 Mart 2020
121 Digər
Ölkə mətbuatı
A- A+

Cənab Prezidentimiz İlham Əliyevin Hövsan yaşayış kompleksinin açılışını və bu açılışda Azərbaycan Televiziyasına verdiyi müsahibəni diqqətlə dinlədim. Hər şeydən əvvəl, Prezidentin dünyanın və ölkəmizin belə həssas, çətin dövründə adi iş rejimindən çıxmaması, soyuqqanlı olmağı mənə çox xoş təsir etdi.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, dünyada neftin qiymətinin aşağı düşdüyü bir zamanda sosial problemlərin həllinə ölkə başçısının diqqət yetirməsi bir daha göstərdi ki, dövlətimiz sosial problemlərin həllini daim diqqətində saxlayır: "Üçüncüsü, koronavirusla mübarizədə hökumət və dövlət orqanlarının mükəmməl şəkildə birlikdə çalışdığını millətin nəzərinə çatdırdı. Göstərdi ki, Prezidentimizin bilavasitə rəhbərliyi ilə hökumət vəziyyətə ciddi nəzarət edir. Ölkəmizdə dövlət özündən asılı olan hər şeyi edir. Vətəndaşlarımız da dövlət başçısının ətrafında sıx birləşməli və Operativ Qərargahın bütün tələblərinə ciddi riayət etməlidirlər ki, Azərbaycan bu şəraitdən az itki ilə çıxsın."


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/308744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR