"Barselona"nın futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdılar

"Barselona"nın futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdılar
04:32 26 Mart 2020
150 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona" futbolçularının bir hissəsi koronavirusa görə maaşlarının 70 faiz azaldılmasına etiraz edib.
“Report” xəbər verir ki, bu barədə “Sport.es” bildirib.
Məlumata görə, Katalon klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Oyunçuların bir hissəsi bununla razılaşıblar, ancaq bəzi futbolçular buna qarşı çıxıblar.
Bildirilir ki, "Barselona" bir müddət bu tədbiri İspaniyadakı karantinə daxil etmək istəyir. Bəzi məlumatlara görə, maaşların 70% azaldılması futbolçuların bir neçə həftə ərzində illik əmək haqlarının 5-10%, başqa məlumata görə isə, 20%-ə qədər itirməsinə səbəb olacaq.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-nin-futbolculari-maaslarinin-ixtisarina-qarsi-cixdilar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR