Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək

Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək
05:27 26 Mart 2020
203 Digər
Ölkə mətbuatı
A- A+

Tezliklə Buxarestin bütün sakinləri koronavirusla bağlı yoxlamadan keçirilə bilər.
“Report” xəbər verir ki, bu barədə “Antena 3” telekanalının efirində Rumıniyanın səhiyyə naziri Viktor Kostake bildirib.
"Biz Cənubi Koreyada olduğu kimi mobil qrupların köməyi ilə Buxarestin bütün sakinlərini koronavirus yoxlamasından keçirmək üçün innovasiya proqramını reallaşdırmaq istəyirik. Hazırda bizə 2-5 milyon test lazımdır", - Kostake bildirib.
Səhiyyə Nazirliyinin başçısı qeyd edib ki, bu gün analizlər karantində olan bütün insanlardan götürülmür. O, gələn həftə ölkədə COVID-19-u yoxlamaq üçün ölkədə daha çox test olacağına ümidini ifadə edib.
Qeyd edək ki, Rumıniyada koronavirusa 906 yoluxma qeydə alınıb. Ölkədə 17 xəstə pandemiyanın qurbanı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiya-paytaxtinin-butun-sakinleri-koronavirus-testinden-kecirilece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR