Qiyamət gününün ən çətin mərhələsi

Qiyamət gününün ən çətin mərhələsi
21:42 26 Mart 2020
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qiyamət günü hesab vermək və əməllərinə görə cavab vermək ən çətin mərhələdir. Ondan da çətin mərhələ əgər boynunda haqqun-nas varsa ona görə hesab verməkdir. Allah Təala Qiyamət günü Öz haqqından keçər, ancaq haqqun-nasdan keçməz. Ona görə də Qiyamətin ən çətin mərhələsi - məhz bu mərhələdir.

Hədislərdə oxuyuruq ki, bir taciri gətirərlər və ona deyərlər ki, sən bu insanı iş görmək üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi məhşər səhrasında qal və onun muzdunu ver.

İmam Rza (ə) buyurur: "O kəs ki, sizin üçün iş görür - alnının təri qurumamış onun muzdunu verin. Məgər özü istəsə ki, onun pulu sizin yanınızda əmanət qalsın".

Əgər kimsə işçisinin muzdunu verməzsə, Qiyamət günü onu məhşərdə saxlayarlar. Deyərlər: "Onun muzdunu ver".

Ancaq tacir Allaha deyə bilməz ki, yoxumdur. Onun muzdunu sən ver. Çünki Allah ona deyəcəkdir ki, məgər o, Mənim üçün işləmişdir ki, muzdunu Mən verim?

Allah bu cür insanlara nifrət edər.

Ancaq əksinə - yaxşı əməl sahiblərini sevər və mükafatlandırar. "Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik". ("Kəhf" 30).

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü borcu olanı gətirərlər. O halda ki, çox nigaran və dəhşət içindədir. Əgər həsənələri varsa - ondan alarlar, borcu verənə verərlər. Əgər həsənələri olmasa - borc verənin günahlarından götürüb, borc alana verərlər".

Beləliklə deyə bilərik ki, haqqun-nas - qarşı tərəfə edilən zülmdür. Hər kim zalım olarsa, Allah onu sevməz və əməllərini qəbul etməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR