"Yuventus" "Real"dan daha bir oyunçu alır

"Yuventus" "Real"dan daha bir oyunçu alır
15:52 27 Mart 2020
165 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, futbolçu yayda "Yuventus"a keçməyə yaxındır.

"Marca" yazır ki, Turin təmsilçisi hələ ötən mövsümdən oyunçunu transfer etmək istəyir. Komandanın baş məşqçisi Mauritsio Sarri müdafiəçinin alınmasını istəyib.

Marselonun "Real"la müqaviləsi iki il sonra başa çatır. Ancaq o, "Yuventus"a keçməyə razılıq versə, klub ona mane olmayacaq. Ronaldo ilə dost olan braziliyalı futbolçunun İtaliyaya getməsinə ehtimal böyükdür. Portuqaliyalı ötən il mətbuata verdiyi açıqlamasında Marselonu "Yuventus"da görmək istədiyini bildirmişdi.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 11 oyun keçirib və 3 assist edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR