Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur

Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur
19:12 27 Mart 2020
244 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının yayılması ilə bağlı Avropada ümidverici əlamətlərin müşahidə olunduğu qənaətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe mətbuata verdiyi açıqlamada vəziyyətin gərgin olduğu indiki şəraitdə gedişatın yaxşıya doğru dəyişəcəyinə ümid verən bəzi əlamətlərin də olduğunu qeyd edib. Belə ki, hazırda pandemiyanın ən çox tüğyan etdiyi İtaliyada yoluxmanın artım tempinin yavaşlaması müşahidə olunur.

ÜST-ün regional bürosunun rəhbəri bildirib ki, hazırda İtaliyada pandemiyanın pik həddə çatdığını söyləmək tezdir. Mütəxəssislərə görə, bu ölkədə yoluxmaların artım tendensiyasının başa çatmasına ən azı bir həftə vaxt var. Hazırda əsas hədəf infeksiyaya yoluxma tempini mümkün qədər yavaşlatmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR