"Barselona" 140 milyon avro itirəcək

Koronavirus pandemiyası səbəbindən yaranan böhran "Barselona"nın maliyyəsinə neqativ təsir edəcək.

Metbuat.az "El Pais"ə istinadən xəbər verir ki, klub rəhbərliyinin fikrincə, iqtisadiyyatdakı tənəzzül Kataloniya təmsilçisinin 140 milyon avro itirməsinə səbəb olacaq.

Bildirilib ki, "Barselona"nın potensial problemləri klubun hüququ forması ilə bağlıdır. Kataloniya təmsilçisi ingilis və italyan klubların fərqli olaraq, qeyri-kommersiya təşkilatıdır. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR