“Müxtəlif ssenarilər üzərində düşünürük”

“Müxtəlif ssenarilər üzərində düşünürük”
15:05 29 Mart 2020
162 İdman
Ölkə mətbuatı
A- A+

Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib. Təbii ki, idman, xüsusilə də, futbol bu baxımdan istisna deyil.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən qurum rəsmisi koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqədar digər assosiasiyalarla, eyni zamanda UEFA ilə müntəzəm əlaqədə olduqlarını söyləyib: "Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhətləşmələr aparırıq. Həmçinin Peşəkar Futbol Liqasının və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif ssenarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın  tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır".

Məmmədov vurğulayıb ki, çempionatlar bərpa edildikdən sonra futbolçuların fiziki durumları nəzərə alınacaq: "Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR