Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında təyyarə qəzaya uğrayıb.

Publika.az "dailystar" portalına istinadən xəbər verir ki, Yaponiya marşrutu üzrə uçan layner havaya qalxarkən alışıb. Nəticədə laynerdə olan 8 nəfərin hamısı həyatını itirib.

Yerli dairələrin məlumatına görə, təyyarə koronavirus səbəbiylə Yaponiyaya tibbi ləvazimatların daşınması üçün hökumət tərəfindən icarəyə götürülüb. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş