Taylandda Dəhşət: Körpəsi ona mane olmasın deyə onu ...

Taylandda yaşayan 14 yaşlı ana körpəsini asıb.

Metbuat.az xəbər verir ki, Taylandda yaşayan 14 yaşlı Arisa Udsanee adlı bir ana ona mane olan 1 yaşlı körpəsini ipdən asaraq öldürüb. Övladını ata-anasının yanında qoyub gəzməyə gedən Alisanın evə gec qayıtması onun valideynlərini hiddətləndirib.

Onlar Alisanı azyaşlı körpəsinin olmasını izah edərək bu hərəkətinin düzgün olmadığını deyiblər. Valideynlərinin onu danlamasından narazı qalan Alisa uşağını da götürərək qonşuya gedib.

Amma qonşusu onu evinə buraxmadığından uşağı ilə Alisa gecəni bir zirzəmidə keçirməli olub. Gecə vaxtı körpəsini asıb öldürdükdən sonra dostları ilə əylənməyə gedib.

Səhər qonşusu tərəfindən cəsədi tapılan körpənin anası polis tərəfindən tutulub. Polisə açıqlamasına Alisa deyib ki, uşağı ona mane olduğu üçün öldürüb. Körpəsini necə asmasını isə o uşağın oyuncağ ayısı ilə göstərib.Hadisədə valideynlərini günahlandıran Alisanın anası və atası qızlarının bu hərəkətinin bağışlanmaz olduğunu deyiblər. Körpə qatilinə 15 il həbs cəzası verilib.

Mənbə.Sonhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR