İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub

İsraildə son sutkada daha 482 nəfər koronavirusa yoluxub
12:32 30 Mart 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir. 
Məlumatda həmçinin İsraildə 15 nəfərin infeksiyadan öldüyü vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailde-son-sutkada-daha-482-nefer-koronavirusa-yoluxub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR