Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır - DEPUTAT

Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır - DEPUTAT
13:18 30 Mart 2020
158 Ölkə
Ölkə mətbuatı
A- A+

“Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır”.

Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.

V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır: “Dünya bankları artıq bu istiqamətdə addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları bu addımı atmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliyi qoruya bilər”.

Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/309180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR