Avropada 14 yaşlı ''mələk'' koronavirusun qurbanı oldu -

Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusun qurbanı olub.

Metbuat.az xəbər verir ki, 14 yaşlı Vitor Godinhonun, psoriaz (pullu dəmirov) xəstəliyindən başqa heç bir xəstəliyi olmayıb. Məlum olub ki, bu uşağ Avropada virusdan ölən ən gənc insandır.

Qeyd edək ki, Portuqaliyada koronavirus daşıyıcılarının rəsmi sayı 5 962 nəfərdir. Virus qurbanlarının sayı isə 100-ü ötüb.

Xatırladaq ki, Böyük Britaniyada 21 yaşlı gəncin koronavirusdan ölümü qeydə alınmışdı.


Mənbə:Mirror.co.uk


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR